Ölkə 13:19 12.02.2024

Hava 3 gün dumanlı olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan fevralın 15-dək  fasilələrlə duman olacağı gözlənilir. 

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.