"Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsindəyik. Dekabrın 10-dan başlayan aksiya hazırda davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov məlumat verib. O, ilk gündən 30-40 nəfərlik ekoloji sahədə fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə başlayan aksiyanın qısa zamanda milli hərəkata çevrildiyini bildirib:
"İndi təkcə ekologiya deyil, vətəndaş cəmiyyətinin bütün sahələrində olan insanlar bu aksiyaya qoşulub. Mina qurbanları və onların ailə üzvləri, fəal gənclər, şəhid ailələri, müharibə veteranları bu aksiyada iştirak edirlər. Burada iştirak edən QHT nümayəndələrinin sayı günbəgün artır. Lakin aksiyada səslənən şüarların heç biri dəyişməyib. Şüarlar Azərbaycan, rus və ingilis dillərində səsləndirilir. İlk tələb general Volkovun aksiya iştirakçıları ilə görüşü idi. Həmin tələb yenə də qüvvədə qalır. Tələblər sırasına təkcə görüş deyil, ümumiyyətlə, Azərbaycanın işğal müddətində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında bu gün də davam edən faydalı qazıntı yataqlarının istismarına son qoyulması, oradakı vəziyyətin araşdırılması üçün monitorinq qrupunun təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi əlavə edilib. Bir neçə gün öncə Rusiya sülhməramlılarının yerləşdiyi qərargahda monitorinq qrupunun üzvləri ilə görüş keçirilsə də, heç bir nəticə əldə olunmayıb və bundan sonra aksiyanın tərkibi daha da genişlənib. İki gündür ki, Rusiya sülhməramlıları bağladıqları yoldan çəkiliblər. Lakin aksiya iştirakçıları elə əvvəlki yerlərində mitinqi davam etdirirlər”.
Şöhrət Eyvazov deyir ki, havanın qarlı-şaxtalı olmasına baxmayaraq, tələblər yerinə yetirilənə kimi aksiya davam edəcək:
"Qar yağıb və 4 dərəcəyə kimi şaxta var. Biz 10 gündür ki, burdayıq. Ekoloji hərəkatın iştirakçısı olduğumuzdan qürurluyuq”.
Bahar Rüstəmli
Şərhlər