Xəbər lenti

Hava ilə bağlı xəbərdarlıq edildi
Ölkə04:38 23.10.2013

Hava ilə bağlı xəbərdarlıq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 23-ü axşamdan 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir.

Yağışlı hava şəraiti, havanın temperaturunun enməsi yalnız pambığın yetişməsinə, yığımına və qurudulmasına mənfi təsir edəcək. Ümumiyyətlə, belə hava payızlıq dənlilərin toxumlarının səpini, onların cücərməsi və göyərtilərin çıxması üçün əlverişli olacaq.

Oktyabrın 24-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, temperaturun ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info