Xəbər lenti

Hava kəskin pisləşəcək: Qar yağacaq
Ölkə11:08 27.03.2014

Hava kəskin pisləşəcək: Qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən kəskin dəyişkən hava şəraiti ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 29-da cənub küləyinin güclənməsi, temperatur rejiminin nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-a keçən gecədən başlayaraq, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əksər rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi qar yağacağı gözlənilir.

Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

Qaynar.info