Xəbər lenti

Hava kəskin pisləşəcək (XƏBƏRDARLIQ)
Ölkə08:48 27.03.2018

Hava kəskin pisləşəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuq artacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.