Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23˚, gündüz 24-28˚, Bakıda gecə 21-23˚, gündüz 25-27˚ isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə aran rayonlarında 20-25˚, gündüz 27-32˚, dağlarda gecə 11-16˚, gündüz 19-24˚ isti olacaq.
Avqustun 22-də mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
Avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Qaynar.info