Əldə etdiyimiz məlumata görə, narazılığın getdikcə artdığını görən "Azal" rəhbərliyi sərnişinləri təcili otelə yerləşdirməyi tapşırıb.
11:47
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qalmaqal yaranıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, qalmaqalın səbəbi Bakı-Bodrum reysinə artıq biletlərin satılmasıdır. Mənbəmiz bildirir ki, sözügedən yerə 12 bilet artıq satılıb. "Təyyarə saat 10-da uçmalı idi. Bu üzdən yubanma olub. Digər tərəfdən, əllərində bilet olan sərnişinlər təyyarəyə minə bilməyiblər. Onlara bildirib ki, saat 20.00-a qədər gözləyin. Məsələ burasındadır ki, həmin şəxslər geri də qayıda bilmirlər. Çünki neytral zonadadırlar”, - deyə mənbə bildirib.
"Azal”dan verilən məlumatda isə bildirilir ki, "Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək”, - məlumatda qeyd olunur.
Seyid