
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, gündüz mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° isti, Bakıda gecə 22-24 , gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütünü təşkıl edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qaynar.info