Xəbər lenti

Hava şəraiti ilə əlaqədar təhlükəli işlər məhdudlaşdırıldı - SOCAR
Ölkə06:10 22.04.2016

Hava şəraiti ilə əlaqədar təhlükəli işlər məhdudlaşdırıldı - SOCAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki yataqlarda işləyən işçilərinə həmişə olduğu kimi əvvəlcədən meteoxəbərdarlıq olunub.

Bunu Report-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. 

N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır.

Qaynarinfo.az