Xəbər lenti

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq (XƏBƏRDARLIQ)
Ölkə09:12 01.03.2019

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 2-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, martın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insalar üçün əsasən əlverişlidir.
Nazirlik xəbərdarlıq edir ki, martın 3-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.