Xəbər lenti

Hava sərinləşəcək
Ölkə08:20 10.07.2015

Hava sərinləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda güclü şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Qaynar.info-ya verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi güclənəcək.
Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində iyulun 11-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Qaynar.info