Xəbər lenti

Hava soyuyur
Ölkə08:10 04.05.2015

Hava soyuyur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-12˚, gündüz 16-20˚ isti olacağı gözlənilir.

Mayın 5-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14˚, gündüz 16-21˚, dağlıq ərazilərdə gecə 2-6˚, gündüz 7-12˚ isti olacağı gözlənilir.

Qaynar.info