Xəbər lenti

Hava temperaturu aşağı düşəcək
Ölkə08:56 01.07.2016

Hava temperaturu aşağı düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 23-24, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Qaynarinfo.az