Xəbər lenti

Hava xəbərdarlığı: Yağış, qar, şimşək...
Ölkə13:35 22.04.2020

Hava xəbərdarlığı: Yağış, qar, şimşək...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.