Xəbər lenti

Havalar dəyişəcək
Ölkə07:09 31.08.2013

Havalar dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah axşamdan başlayaraq Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi gözlənilir.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, dəyişkən hava şəraiti 2 gün davam edəcək. Sentyabrın 1-2-də havanın temperaturunda güclü bir fərq müşahidə edilməyəcək, hava şəraiti bu günlərlə müqayisədə nisbətən sərin keçəcək.

Qaynar.info