Xəbər lenti

Havanın çirklənməsinin COVID-19 pandemiyasına təsiri varmı?
14:20 13.10.2020

Havanın çirklənməsinin COVID-19 pandemiyasına təsiri varmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Havanın çirklənməsi koronavirusun gedişatına mənfi təsir göstərə bilər.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu sözləri "Qamaleya” adına Mərkəzin Virus xəstəliklərinin spesifik qarşısının alınması laboratoriyasının tədqiqatçısı Qızxalum Xametova deyib.

O, elm adamlarının ətraf mühit dəyişikliyi ilə virusların yayılması arasında birbaşa əlaqə tapdıqlarını qeyd edib: "Havanın çirklənməsi COVID-19-un yayılmasına və ən əsası xəstəliyin gedişatına təsir göstərir".

Havanın çirklənməsi, onun sözlərinə görə, xroniki xəstəliklər riskini artırır və bu da COVID-19-un daha ağır gedişinə səbəb olur. Mütəxəssis havanın çirklənməsinin immunitet sistemini zəiflədiyini, bədənin viruslardan qorunmasını çətinləşdirdiyini də əlavə edib.

Qeyd edək ki, bundan əvvəl amerikalı elm adamları azot dioksidlə çirklənmiş şəhər havasının COVID-19 pandemiyasını ağırlaşdıra və ölüm nisbətinin artmasına qədər təhlükəli komplikasiyaya səbəb ola biləcəyi qənaətinə gəldiklərini bildirmişdilər.

Alpər

Oxşar xəbərlər