
“Üç gündür Azərbaycan ərazisinə mülayim dəniz hava kütlələri daxil olub. Bu hava kütləsi ölkəmizin ərazidə maksimum 3-4 gün hakimlik edir. Sonra isə yerini isti hava kütlələrinə verəcək”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycan ərazisində hava şəraiti sabahdan etibarən sabitləşəcək: "Azərbaycan ərazisində temperatur normadan yuxarı olduqda alçaq təzyiq sahəsi yaranır, nəticədə Atlantik okeanı üzərində, bəzən isə Şərqi Avropa düzənliyi üzərində formalaşan mülayim kontinental hava kütlələri ölkə ərazisinə daxil olur və temperaturu bir qədər aşağı salır. Son 3-4 gündə əvvəlki günlərlə müqayisədə güclü küləyin əsməsi, temperaturun 4-5 dərəcə aşağı düşməsi mülayim dəniz hava kütlələrinin Azərbaycana daxil olması ilə bağlıdır. Bu iyul ayı üçün gözlənilən hal deyil”.Qayanrinfo.Az