Xəbər lenti

Havaya görə Azərbaycanın orta məktəblərində iki gün tətil elan olundu
Ölkə10:12 16.01.2019

Havaya görə Azərbaycanın orta məktəblərində iki gün tətil elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq. 
Qaynarinfo xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 
Belə ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.