Xəbər lenti

Hazırda Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik yoxdur (RƏSMİ)
Ölkə 10:48 02.07.2024

Hazırda Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik yoxdur (RƏSMİ)

Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil.

Bu barədə "Report"un sualını cavablandırarkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri-sağlam zonada yerləşir: "Dövlətin dəstəyi ilə müəyyən qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir. Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarəti AQTA, tətbiqi isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyatı qurumları tərəfindən aparılır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->