Xəbər lenti

"Hazırda çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır"
Ölkə13:16 22.02.2022

"Hazırda çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox mart ayının birinci həftəsi üçün səciyyəvidir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, keçən il Su çərşənbəsində temperatur iqlim norması daxilində olub: "Bu il isə bəzi bölgələrdə havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən bölgələrdə çiskinli, dumanlı, yağıntılı hava şəraiti ilə səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə zidd olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub. Elə buna görə də çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır”.