Xəbər lenti

Hazırda paytaxtda sıxlıq olan yolların siyahısı
Ölkə05:25 14.12.2022

Hazırda paytaxtda sıxlıq olan yolların siyahısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. "20 Yanvar” dairəsində;
6. Tbilisi prospekti, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti köməkçi və əsas yol, mərkəz istiqamətində;
8. Aeroport şosesi, "Koroğlu” metro stansiyası istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.