Xəbər lenti

Həbs olunan ilahiyyatçının barmaqları işləmir
Ölkə08:32 07.04.2013

Həbs olunan ilahiyyatçının barmaqları işləmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları həbsdə olan ilahiyyatçı Tale Bağırzadə ilə görüşüblər. T.Bağırzadə BQXK əməkdaşlarına Sabunçu rayon Polis İdarəsində ona işgəncə verildiyini bildirib. Bu haqda Azadlıq radiosuna T.Bağırzadənin vəkili Cavad Cavadov məlumat verib.

C.Cavadov aprelin 6-da T.Bağırzadə ilə görüşüb. Vəkilin dediyinə görə, hazırda xəsarət izlərindən onun əlinin üç barmağı işləmir.

Aprelin 8-də T.Bağırzadənin bədən xəsarətləri ilə əlaqədar məhkəmə-tibb ekspertizası  keçiriləcək.

T.Bağırzadə martın 31-də saxlanıb. Onun üstündən 1.026 qram heroin çıxdığı bildirilir. Aprelin 2-də Sabunçu rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur.