Xəbər lenti

Həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı (FOTO)
Ölkə08:50 26.08.2023

Həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Milli fəal "ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək”də ittiham olunub.
Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.