Xəbər lenti

Həbsdə olan bank rəhbəri azadlığa buraxıldı
Ölkə16:03 05.07.2018

Həbsdə olan bank rəhbəri azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Külli miqdarda mənimsəmədə ittiham edilən bank rəhbərinin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Şərti cəza alan N.Vəliyev azadlığa buraxılıb.
Qeyd edək ki, bu iş üzrə daha bir nəfər təqsirləndirilən şəxs var. Həmin şəxs Bəhram Hüseynovdur və "DekaBank"ın Maliyyə Departamentinin direktoru vəzifəsində çalışıb. O da şərti cəza alıb.
Bildirək ki, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilən N.Vəliyevə qarşı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308-ci və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.