Xəbər lenti

Həbsdə olan icra başçısı Müalicə müəssisəsinə köçürüldü
Ölkə06:20 08.02.2022

Həbsdə olan icra başçısı Müalicə müəssisəsinə köçürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib.
O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini Müalicə müəssisəsində davam etdirir.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
Daha sonra Qoca Səmədov kassasiya şikayəti verib.