Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Mahir Xəttab) anası Nazilə Ələkbərova Prezident İlham Əliyevə müraciət edib.
Qaynarinfo xəbər verir ki, Nazilə Ələkbərova oğlunun əfv edilməsini dövlət başçısından xahiş edib.
Özünün səhhətində ciddi problemlər olduğunu Nazilə Ələkbərova bütün maddi ehtiyyaclarının oğlu tərəfindən ödənildiyini bildirib:
"Mən Mahir Ələkbərovla birlikdə yaşayıram. Mərhum yoldaşım Ələkbərov Məmmədhəsən Səməd oğlu Əfqanıstanda sülhməramlı kimi xidmət edib. Özüm isə ürək və şəkər xəstəliyindən əziyyət çəkirəm. Oğlumun həbsdə qalması tək mənim həyat və sağlamlığımın deyil, oğlumun yüksək təzyiqli olması səbəbindən həyatının təhlükə altında qalması ilə nəticələnəcək. Mənim bütün maddi və mənəvi ehtiyaclarım oğlum tərəfindən qarşılanırdı.
Cənab Prezident, bunları nəzərə alaraq, oğlum Ələkbərov Mahir Məmmədhəsən oğlunun əfv olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.