Xəbər lenti

Həbsdə olan NİDA-çının babası özünü doğradı - OLAY
Ölkə12:04 13.09.2013

Həbsdə olan NİDA-çının babası özünü doğradı - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov intihara cəhd edib.

AzNews.az-ın məlumatına görə, Ə.Axundov dünən axşam saatlarında prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəyib.

Ramana qəsəbəsində yaşayan Ə.Axundov dərhal Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Ə.Axundov hazırda Sabunçu xəstəxanasındadır. Vəziyyəti stabildir. 

Məlumat üçün qeyd edək ki, 1939-cu il təvəllüdlü Ə.Axundov 45 il müəllim işləyib. 20 il Beyləqan rayonunda məktəb direktoru olub. 

Qaynar.info