
NİDA Vətəndaş Hərəkatının həbs olunan İdarə Heyəti üzvü Rəşadət Axundovun oğlu olub.
Qaynar.info xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb. Artıq uşağa ad da seçilib. Belə ki, Rəşadət Axundov həbs olunmamışdan əvvəl xanımı ilə oğullarına Araz adını qoyublar.
Xatırladaq ki, martın 30-da Nəsimi rayon Məhkəməsi "N!DA"çı Rəşadət Axundov barəsində 3 aylıq həbs qərarı çıxarıb. Ona qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qaynar.info