Xəbər lenti

Həbsdə olan YAP-çı qadın aclıq etmir  (AÇIQLAMA)
Ölkə16:12 17.08.2023

Həbsdə olan YAP-çı qadın aclıq etmir  (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək 20.09.2021-ci il tarixində həbs edilmiş Aytac Pərviz qızı Əliyevanın aclıq aksiyası keçirməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
"Unikal”ın sorğusuna cavab olaraq Penitensiar Xidmətdən verilən məlumata görə, barəsində həqiqəti əks etdirməyən məlumatların yayılmasından narahat olan Aytac Əliyeva 16.08.2023-cü il tarixdə müəssisə rəhbərliyinə yazılı şəkildə müraciət edərək sonuncu məhkəmə iclasında aclıq keçirəcəyini bildirsədə müəssisənin əməkdaşlarının onunla apardığı profilaktik söhbətlərdən sonra fikrindən daşındığını, saxlanma şəraitindən narazı olmadığını, aclıq etmədiyini və səbrlə məhkəmənin yekun qərarını gözlədiyini qeyd edib.