Xəbər lenti

Həbsdəki MTN generalları üzləşdirildi
Ölkə17:05 31.08.2016

Həbsdəki MTN generalları üzləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

Qaynarinfo.Az-a xəbər verir ki, bu barədə gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-in Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.

Qaynarinfo.Az