Xəbər lenti

Həbsdəki N!DA-çılardan Cəmil Həsənliyə TƏBRİK
Ölkə11:58 06.02.2014

Həbsdəki N!DA-çılardan Cəmil Həsənliyə TƏBRİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan N!DA-çı gənclər, Milli Şuranın sədri Cəmil Həsənlini təbrik ediblər. Qaynar.info həmin təbriki oxuculara çatdırır.

Hörmətli Cəmil bəy,

Bugün məhkəmə prosesi zamanı 15 yanvar Sizin doğum gününüz olduğunu öyrəndik. İlk növbədə gecikdiyimizə görə üzr istəyirik. Sizi doğum gününüz münasibətilə məhbus Nidaçılar adından ürəkdən təbrik edirik. Sizə can sağlığı, uzun ömür, ailə səadəti arzu edirik.

Cəmil bəy, 

Biz gənclər Sizi hər zaman bilikli və əxlaqlı alim, vicdanlı və ləyaqətli vətəndaş və ziyalı kimi tanımışıq. Son prezident seçkiləri zamanı isə həm də qətiyyətli və xarizmatik lider olduğunuzu gördük. Bilməyinizi istəyirik ki, biz Sizinlə fəxr edirik və hər zaman Sizinlə yan-yana, çiyin-çiyinə olmağa söz veririk, cənab prezident! Biz gənclər hər zaman Sizə tam olaraq dəstək verir və etibar edirik. 

Ən qısa zamanda birlikdə arzuladığımız azad, ədalətli, demokratik Azərbaycanı quracağımıza zərrə qədər şübhə etmirik. Sizin liderliyinizlə bu proses daha qısa müddətə yekunlaşacaq, buna da əminik. Bir daha Sizi təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Özünüzü qoruyun və Allaha əmanət olun.

Hörmətlə, 

Rəşad Həsənov

Üzeyir Məmmədli

Zaur Qurbanlı

Məmməd Əzizov

Bəxtiyar Quliyev

Şahin Novruzlu

İlkin Rüstəmzadə

Rəşadət Axundov

16.01.2014

Elkin Xəlilov

Qaynar.info