Xəbər lenti

Həbsdəki NİDA-çının məktubu yayıldı - MƏTN
Ölkə09:13 02.06.2014

Həbsdəki NİDA-çının məktubu yayıldı - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.

Qaynar.info-nun Penitensiar xidmətin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə məhkum B.Quliyev "təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını" qeyd etmiş və özünün siyasi məhbus adlandırılmasına qəti etirazını bildirib.

Məhkum B.Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət edib.