Xəbər lenti

Həbsdəki NİDA-çıya yenidən cinayəti işi açıldı
Ölkə05:59 25.04.2015

Həbsdəki NİDA-çıya yenidən cinayəti işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2013-cü ildə həbs edilən NİDAçı fəal İlkin Rüstəmzadə barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə əlavə cinayət işi açılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Fariz Namazlı sosial şəbəkədə yazıb. 
O qeyd edib ki, İ.Rüstəmzadənin Bakı İstintaq Təcridxanasında saxlanılan zaman qaldığı kamerada aparılan yoxlama zamanı orada kəsici əşya tapılması faktı aşkarlanıb. Bu səbəbdən də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona cinayət işi açılıb: “O hələ ki, şahid qismində dindirilir, amma hesab edir ki, o bu iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediləcək və Bakı İstintaq Təcridxanasına köçürüləcək. Orada isə ona fiziki və mənəvi işgəncələr verilməsi ehtimal edilir”.
Qaynar.info