Xəbər lenti

Həbsdəki oliqarxlarla görüş olacaq
Ölkə06:30 27.05.2015

Həbsdəki oliqarxlarla görüş olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov may ayının 29-da saxlanılan tanınmış iş adamları və keçmiş məmurlarla görüşəcək. Bu barədə Elçin Behbudov anspress-ə məlumat verib. 
Onun sözlərinə görə, may ayının 29-da ilk görüşəcəyi şəxs Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov olacaq: “Görüşdə ilk öncə onun səhhətilə maraqlanacağam. Barəsində yürüdülən ittihamlar barədə Rəşad Məmmədovun fikirlərini öyrənəcəyəm. Özünü ittiham olunduğu maddə ilə günahkar bilib-bilməməsini soruşacağam. Həmin gün digər saxlanılmış şəxslərlə də görüşmək niyyətim var”.
O əlavə edib ki, iyun ayında mətbuat konfransı keçirəcək. Mətbuat konfransı xaricdə fəaliyyət göstərən insan hüquqları təşkilatlarının Azərbaycana qarşı yürütdüyü qərəzli mövqe və onların qeyri-düzgün hesabatları müzakirə olunacaq. Görüşdə həmçinin Azərbaycanda saxlanılan keçmiş məmurlar barədə də fikirlər müzakirə olunacaq.
Qaynar.info