Xəbər lenti

Həbsxana rəisi işdən çıxarıldı
Ölkə09:34 21.05.2013

Həbsxana rəisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi dəyişdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifədən azad edilib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə həmin vəzifənin icrası 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləmiş  Elçin Əlicanova həvalə olunub.

Qaynar.info