Xəbər lenti

Həbsxana sovqatından dərman çıxdı
Ölkə15:49 21.09.2013

Həbsxana sovqatından dərman çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Penitensiar Xidmətin və 7 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Anspress-in Penitensiar Xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elnur İsgəndər oğlu Eyyubova qardaşı Raminin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 4 ədəd “Rulet” şirniyyatının içərisinə ağ sellofanlara bükülərək yerləşdirilmiş 286 ədəd qırmızı rəngli dərman həbləri aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Qaynar.info