
Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəza çəkmə müəssisələrindən birində insident olub. Hadisə 15 saylı Cəza Çəkmə Müəssisəsində qeydə alınıb.
Müəssisədə cəza çəkənlər – Gəncə şəhər sakinləri, 1985-ci il təvəllüdlü Elnur Əliyev, Anar Mövlanov və Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Urfan Məsamliyev mübahisə ediblər. Mübahisə zamanı məhkumlar bir-birlərini döyərək, xəsarət yetiriblər.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb. // teleqraf.com
Qaynar.info