Azərbaycanda məhkum xəstəlikdən ölüb.
Qaynar.info APA-ya istinadən bildirir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkum Nizami Nəbiyev dünyasını dəyişib.
Qeyd edək ki, N.Nəbiyev bir neçə il əvvəl Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum edilib.
Qaynar.info