Xəbər lenti

Həbsxanadakı azərbaycanlı məşhurun övladı oldu - FOTO
Ölkə15:23 29.07.2016

Həbsxanadakı azərbaycanlı məşhurun övladı oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsxanada cəza çəkən azərbaycanlı məşhur ata olub.

Qaynarinfo.Az 1xəbər.com-a istinadən xəbər verir ki, hazırda həbsxanada cəza çəkən "Azəri-star" müsabiqəsindən məşhurlaşan müğənni Emil Rəhmanov ata olub. 

Məlumata görə, ifaçının oğlu bir neçə ay bundan əvvəl doğulub. Körpəyə Əli adı verilib. 

Xatırladaq ki, Emil Rəhmanov Şəbnəm Bədəlova adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. 

Emil bu ilin yanvar ayında həbs olunub. Bu, onun ikinci məhkumluğudur. 

Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilmişdi.

Emil Rəhmanov əməkdar artist Rəhman Rəhmanovun oğludur.

Qaynarinfo.Az