
Bəhram həbsxanadakı görüş otağında qızı Leylanı gözləyərkən otağa arvadı Xuraman daxil olur və bildirir ki, onun Leylaya bağışladığı bütün mal-mülkünü, şirkətini öz adına keçirib. Bu xəbərdən şoka düşərək sarsılan Bəhram dəli olmaq dərəcəsinə çatdığından Xuramana hücum edərək onu boğub öldürməyə başlayır. Bu arada ikili, üçlü oyun oynayan Zər Şahmar qızı Şəbnəmə atasının sağ olduğunu söyləyir.
Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu gün axşam saat 19.15-də ATV kanalında “Məhkumlar” serialının 23-cü hissəsini mütləq izləyin.
Qaynar.info