Xəbər lenti

Həftə sonları avtobuslar niyə işləmir? (RƏSMİ AÇIQLAMA)
Ölkə09:06 28.04.2021

Həftə sonları avtobuslar niyə işləmir? (RƏSMİ AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pandemiya dövründə şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi onun fəaliyyətinə ciddi təsir göstərir. Lakin Operativ Qərargaha təklif vermə hüququ bizdə deyil. Ona görə bu haqda bir söz deyə bilmərik.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli avtobusların həftəsonu məhdud qrafiklə işləməsi barədə təkliflərə də münasibət bildirib:
"Məsələn, şənbə və bazar günləri ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat həftəsonu işləməlidir, əhalidə rahatlıq olmalıdır, ya da işləməməlidir. Bizim yanaşma belədir". /Trend