Xəbər lenti

Həftə sonu 8 yol qəzası: 3 ölü, 11 yaralı
Ölkə05:35 26.03.2018

Həftə sonu 8 yol qəzası: 3 ölü, 11 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınmış, onların da 42-si "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.