Xəbər lenti

Həkim olmaq istəyənlərin nəzərinə!
Ölkə12:55 25.09.2013

Həkim olmaq istəyənlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi vakant həkim yerlərinin sayını açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində vakant həkim yerlərinin sayı açıqlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dövlət səhiyyə müəssisələrində 2000-ə qədər vakanat həkim yeri var. Həmin yerlərin çoxu regionlardakı səhiyyə müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.

Vakant həkim yerləri üzrə işə qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna sentyabrın 13-dən başlanılıb. Sənəd qəbulu oktyabrın 12-də tamamlanacaq. İşə qəbul üçün imtahanların oktyabr ayı ərzində keçirilməsi planlaşdırılır. İmtahanın dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.

Qaynar.info