Semaşko kimi tanınan 1 nömrəli xəstəxananın həkimi Saday Əliyevin əməliyat nəticəsində ölən jurnalist Rasim Əliyev birinci qurbanı deyil. Saday Əliyevin iştirakı ilə olan əməliyatların çoxusu ölümlə nəticələnir. Bunu əməliyyat qurbanı olanların qohumları da təsdiqləyir:
Gülər Abbasova AzadlıqRadiosuna dediklərindən:
- Rasim pis tibbi yardım göstərilməsi nəticəsində həyatını itirdi. Həkimin təqdim etdiyi sənədlərdə deyilir ki, Rasim axşam saat 8-də cərrahiyyə əməliyyatına girib. Halbuki, saat 9-a 6 dəqiqə işləmiş mən ona zəng vurmuşdum. Burda uyğunsuzluq var. Həkim sənədləri deyir ki, o, axşam saat 7-ə qalmış xəstəxanaya daxil olub, halbuki, Rasim saat 6-ya qalmış zəng vurub məndən xəstəxanada olduğunu ailəsinə xəbər verməyimi istəmişdi. Dostları gecə saat 1-ə kimi onun yanında olublar- həmin vaxta qədər Rasim əməliyyat olunmamışdı. Rasim gecə saat 2- ə yaxın əməliyyata alınıb. Biz bu işi belə qoymayacağıq- günahkarlar cəzalandırılmalıdır. Ora girəni öldürüb çıxarırlar, "Semaşko"dan sağ adam çıxmır.
İş yoldaşları da deyirlər ki, həkimlər onu nəzarətsiz qoyub getmişdilər, yanına gəlmirdilər. Rasimin içəridə dalağı partlamışdı, çoxlu qan itirmişdi. Şübhəmiz var ki, onun dalağının partlamasından əməliyyat vaxtı xəbərdar olublar, bu da gec olub artıq. Litr yarımdan çox qan itirib. Rasimi ölənə yaxın əməliyyat ediblər, artıq iş-işdən keçmişdi. Ona iki dəfə ağrıkəsici veriblər, buna görə də ağrılarını çox hiss etməyib. Qabırğaları sınmaqdan başqa dalağı da partlamışdı. Onun bütün orqanlarını müayinə etməyiblər. Onu başının sol tərəfindən vurmuşdular. Sol qulağını da müayinə etməyiblər. Deyiblər ki, "qulağını sabah müayinə edəcəyik". Deyirlər ki, guya ağciyərindən ölüb, halbuki, ağciyərdən adam ölməz, həkimin yazdıqları cəfəngiyyatdır.
Onu çox gec əməliyyat ediblər, içində dalağının partlamağından da xəbərləri olmayıb. Ağrıkəsicilərin təsiri keçəndən sonra o güclü ağrılar hiss edib və nəfəs almağı daha da çətinləşib.