Xəbər lenti

Həkimlər bacarmadı, ChatGPT dörd yaşlı uşağa nadir xəstəlik diaqnozu qoydu
Dünya 19:22 19.09.2023

Həkimlər bacarmadı, ChatGPT dörd yaşlı uşağa nadir xəstəlik diaqnozu qoydu

ChatGPT üç il fasiləsiz olaraq həkimləri ziyarət edən dörd yaşlı uşağa nadir xəstəlik diaqnozu qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə Daily Mail yazır.

Dörd yaşlı Aleksin xroniki ağrıları o qədər şiddətli olub ki, ağrıkəsicisiz bir gün də yaşa bilmirmiş. 

Uşaq ağrı hiss etdikdə davranışı kəskin şəkildə dəyişir, əhvalı pozulur, yorulur, nəsə çeynəməyə başlayır və qəzəblənirmiş.
 
Uşaqda yeriyəndə də sol ayağında da problemlər və şiddətli baş ağrıları olub.

Uşağın anası hər şeyin dişləri ilə bağlı olduğunu düşünüb, çünki o, həmişə nə isə çeynəyirmiş. Həkim Aleksin dişlərini qıcırtdığını müəyyən edib, ailəni mütəxəssisə yönləndirib və o, gecələr daha yaxşı nəfəs alması üçün oğlana dilator yazıb. Bu, kömək etmədikdə, anası onu uşaq həkiminə aparıb. O da anaya pandemiyanın uşağın inkişafına mənfi təsir göstərdiyini söyləyib. 

Həkimə çoxsaylı ziyarətlərdən sonra qadın sonda ChatGPT-dən bu xəstəliyin nə ola biləcəyini soruşub. Qadın çata uşağın bütün testlərini daxil edib və chatbot sonda cavab verib ki, bu, "bağlı kord sindromu" ilə bağlıdır - onurğa beyninin onurğa kanalına düzgün yapışmaması, uşaq böyüdükcə qan axını məhdudlaşdıran bir vəziyyətdir. Bu, uyuşma, ağrı, əzələ zəifliyi və motor nəzarəti ilə bağlı problemlərə səbəb olur.

Klivlend Klinikasına görə, simptomlar arasında yeriməkdə çətinlik, ayaqlarda və beldə uyuşma, şiddətli ayaq və ya bel ağrısı, skolioz, sidik kisəsi və bağırsaq nəzarəti ilə bağlı problemlər və əzələ kütləsinin itirilməsi daxildir.
Həkimlər neyron şəbəkəsi diaqnozunu təsdiqləyiblər, lakin Aleksdə xəstəliyin ən zəif formasıdır - onurğada kiçik boşluq yaradan, lakin sinirləri zədələməyən spina bifida occulta.

ChatGPT nə qədər dəqiq diaqnoz qoya bilər?

Real həyat nümunəsindən istifadə edərək, ChatGPT-nin düşündüyümüzdən daha tez-tez düzgün diaqnoz qoya biləcəyini düşünə bilərik.

Bostondakı Mass General Brigham-ın alimləri tərəfindən aparılan araşdırmaya görə, ChatGPT 72% hallarda, rezident həkimlə eyni nisbətdə düzgün diaqnoz qoyur. Mütəxəssislər deyirlər ki, təcrübəli həkimlər adətən 95% haqlı olurlar. 

ChatGPT-nin tibbi diaqnostika üçün potensialı böyükdür və xroniki xəstəliklərin diaqnostikası ilə bağlı vaxtı və xərcləri azalda və daha dəqiq nəticələr verə bilər. O, həmçinin həkimlərin iş yükünü azaltmağa kömək edə bilər ki, onlar daha mürəkkəb işlərə diqqət yetirsinlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->