Xəbər lenti

Həkimlər cərimə olunacaq - 500 manat
Ölkə11:35 03.03.2016

Həkimlər cərimə olunacaq - 500 manat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq.

APA xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qaynar.info