Xəbər lenti

"Həkimlərimiz humanist deyillər" - Ekspert
Ölkə09:39 17.06.2023

"Həkimlərimiz humanist deyillər" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan səhiyyəsinin ən birinci problemi humanizmdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında həkim Səxavət Əlisoy 17 iyun - Tibb İşçilərin Peşə Bayramında Azərbaycan səhiyyə sistemində olan problemlərdən danışarkən deyib. 
O, bu gün Azərbaycanda Avropa standartlarına cavab verən saysız-hesabsız səhiyyə ocaqlarının inşa olunub istifadəyə verildiyini bildirib: 
"Bu müəssisələr ən müasir tibbi avadanlıqla təchiz olunub. Çatmayan tək şey humanizm, yetərli omayan həkim etika və deontoigiyasıdır. Bunun səbəbini ən yaxşı bilən həkimlərin özüdür. Bu barədə aidiyyatı olan qurumların bir seminar, bir konfrans keçirdiyinin şahidi olmusunuzmu? İkinci problem saxta diplomdur”. 
Səxavət Əlisoy Azərbaycanda sayı bilinməyən saxta diplomun olduğunu vurğulayıb:
"Onlayn təhsil yolu ilə xarici ölkələrdə tibb universitetini bitirənlər, həkimlərin aldığı maaş daha ciddi problemdir. Zaman gələcək bütün bunlar həllini tapacaq. Toplum üçün nə vaxtsa sağlamlığı prioritet olacaq, bax, o zaman səhiyyə problemlərinin aradan qalxmasına start veriləcək. Hələ ki, bu zehniyyətdən uzağıq və bu mərhələni ağrılı olsa da, yaşamağa, atlatmağa məcburuq”. 
Bahar Rüstəmli