
Azərbaycanda qəzaya uğrayan hərbi helikopterdə ölən hərbçilərin adları məlum olub
Azərbaycanda qəzaya uğrayan hərbi helikopterdə ölən hərbçilərin adları məlum olub. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Xəzər dənizə düşən “Mİ-17” markalı helikopterdə 3 nəfər olub. Onlar helikopteri idarə edən Yaşar Əhmədov, mexaniklər Bəhruz Zeynalov və Rüstəm Rüstəmovdur.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri artır Rüstəm Rüstəmovun meyitini sudan çıxarıblar. Hazırda digər şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.
_____
11:52
Bakıda hərbi helikopter dənizə düşüb. Qaynar.info xəbər verir ki, bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, helikopter Şıxov tərəfdə dənizə düşüb. Hazırda FHN-nin xilasediciləri hadisə yerindədir.
Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər.
Qəzaya uğramış helikopterin mülki olması barədə məlumat Azərbaycanda fəaliyyət göstərən mülki helikopterlərin istismarçılarından (ARDNŞ, SW Helicopter Services) heç biri tərəfindən təsdiqlənməyib. BP şirkəti ümumiyyətlə personalın daşınması üçün helikopterlərdən istifadə etmir, onlar platformalara gəmilər vasitəsilə çatdırılırlar.
Bakı şəhəri Təcili və Təxirəslınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəzaya uğrayan hərbi vertolyotun bu quruma aidiyyatı yoxdur.