Xəbər lenti

Həm tum çırtlayır, həm də avtobus sürür - VİDEO
Ölkə06:08 03.10.2014

Həm tum çırtlayır, həm də avtobus sürür - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonu Məhəmmədi qəsəbəsi üzrə işləyən 217 saylı marşrut avtobuslarının sürücüləri yol-hərərkət qaydalarına əməl etmirlər. 

Qəsəbə sakinləri “Qafqazinfo”ya bildirib ki, son 5-6 ildə bu qəsəbədə yaşayanların sayının iki-üç dəfə artmasına baxmayaraq, avtobuslar arasındakı interval azaldılmayıb. 20-30 dəqiqədən bir gələn və dayanacaqlarda uzunmüddətli gözləmələrə səbəb olan bu avtobuslar dəhşətli sərnişin sıxlığına səbəb olurlar. Bəzi sürücülər isə etik davranış qaydalarından belə xəbərsizdirlər. 

Sizə təqdim etdiyimiz bu video isə həmin marşrut üzrə hərəkər edən 01 BM 697 nömrə nişanlı avtobusda çəkilib. Gördüyünüz kimi bütün yol boyu sürücü tum çırtlayır. Tək əllə avtomobil idarə edən bu “sehrbaz” avtobusdakı insanların həyatı ilə oynayır.

Qaynar.info