Xəbər lenti

HƏMAS-ın liderinin öldürülməsində ABŞ-ın əli yoxdur - Blinken
Dünya 16:15 31.07.2024

HƏMAS-ın liderinin öldürülməsində ABŞ-ın əli yoxdur - Blinken

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsində iştirak etməyib və bu hadisədən xəbəri yoxdur.

Qaynarinfo xəbər verir ki, Blinken bunu "Channel News Asia"ya müsahibəsində deyib.

ABŞ dövlət katibi Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahında öldürülməsi xəbərindən bir neçə saat sonra Sinqapura iki günlük rəsmi səfəri zamanı müsahibə verib. 

"Bu, bizim bilmədiyimiz və xəbərimiz olmayan bir şeydir. Bu barədə spekulyasiya etmək çox çətindir", deyə Blinken bildirib. 

O, Yaxın Şərqdə 9 aydır davam edən müharibəyə son qoymaq üçün atəşkəsin vacibliyini vurğulayıb.

"Nə qədər lazımdırsa, bunun üçün səy göstərməyə davam edəcəyik", deyə Blinken əlavə edib.

Onun sözlərinə görə, atəşkəs zərurəti regionda gərginliyi azaltmaq üçün ən yaxşı yol olaraq qalır.

Xatırladaq ki, Fələstinin HƏMAS qruplaşmasının liderlərindən biri İsmayıl Haniyə iyulun 31-i səhər saatlarında İranın paytaxtında öldürülüb. 
62 yaşlı Haniyə uzun müddət HƏMAS-ın siyasi lideri olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->